BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi “Data Science” təliminə qeydiyyat elan edir

23/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi “Data Science” təliminə qeydiyyat elan edir. Bu sahə günümüzdə verilənlərin analizi və istifadəsi ilə bağlı ən dinamik sahələrdən biridir. “Data Science” təlimi vasitəsilə BDU tələbələri verilənlərin toplanması, analizi və düzgün nəticələrin çıxarılması üzrə ətraflı bilik əldə edəcəklər.

Təlimlərdə cədvəlləri təhlil etmək və nəticələr çıxarmaq, “Python”, “Excel” və digər müasir alətlərlə məlumatları emal etmək, maşın öyrənməsinin əsaslarını öyrənmək imkanı yaradılacaq.

Təlim 15 nəfərlik seçilmiş tələbə qrupuna 6 ay müddətində keçiriləcək. Müraciət edənlər arasından test və müsahibə mərhələləri əsasında uğurlu namizədlər seçiləcək.

Qeyd edək ki, bu təlim yalnız BDU tələbələri üçün təşkil olunur və ödənişsizdir.

Qeydiyyat üçün son tarix: 10 noyabr 2024

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSc5o-DByqaUnTA9senJu-BUpkehcvPxZGLA5B__VEFgBC8IrA/viewform?pli=1

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026