BDU-nun “Tələbə evi”nin qarşısında "Heydər Əliyev İli"nə həsr olunmuş ağacəkmə aksiyası

20/03/2023

Bakı Dövlət Universiteti (BDU) və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada BDU rektoru Elçin Babayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, "BDU könüllüləri" təşkilatının üzvləri, yerli idarə və təşkilat təmsilçiləri, Yasamal bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Eldar şamı, sərv, akasiya və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ərazidə daha öncə əkilmiş ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd ətraf mühiti qorumaq və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026