BDU-nun Tələbə Gənclər Təşkilatı yeni layihəyə start verib: “Tələbədən məktəbliyə”

13/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “Tələbədən məktəbliyə” adlı layihəyə start verilib.

Layihənin ilk ünvanı BDU-nun nəzdində “Gənc istedadlar” liseyi olub.

Görüş zamanı məktəblilərlə interaktiv sessiyalar təşkil edilib, onlara hüquq təhsili, Hüquq fakültəsi, onun tarixi, nailiyyətləri, yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Tələbə və məktəblilər hüquq təhsilinin müxtəlif məsələlərini əhatə edən real kazuslar üzərində işləyiblər.

Görüşdə şagirdlərin sualları cavablandırılıb, təklifləri dəyərləndirilib.

Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ixtisas seçimi zamanı düzgün istiqamətlənməsində, Hüquqşünaslıq ixtisası ilə bağlı fikirlərinin formalaşmasında vasitəçi olmaqdır.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026