BDU-nun Tələbə Gənclər Təşkilatının “5 Days Urban Weeks” layihəsi başa çatıb

14/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə keçirilən “5 Days Urban Weeks” layihəsi başa çatıb.

Tələbələrin şəhərsalma və urban mühitə dair maarifləndirilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün layihə çərçivəsində sahə üzrə mütəxəssislər tərəfindən urban inkişafı, dayanıqlı şəhərsalma və beynəlxalq təcrübə ilə bağlı təqdimatlar, seminar və təlimlər keçirilib, iştirakçılarla qarşılıqlı müzakirələr aparılıb.

Həftə ərzində “EKO + URBAN” adlı intellektual yarış, “Urban keçid: İçərişəhərdən Ağ şəhərə” adlı ekskursiya da təşkil edilib.

Qeyd edək ki, BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil edilən layihə tələbələrin bu istiqamətdə fəal iştirakını təmin etmək, nəzəri biliklərini artırmaq, gənclərin peşəkar inkişafına töhfə vermək üçün keçirilib.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026