BDU-nun Tələbə Gənclər Təşkilatının idarə heyəti ağacəkmə aksiyasında iştirak edib

12/05/2018

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının idarə heyəti Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Ağacəkmə aksiyasında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin doğum günündə Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində kökübağlı şəraitdə yetişdirilən 7 minə yaxın ağac əkilib. Ümumilikdə,  Prezidentin  tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib.

Dövlət başçısı və birinci xanım ağacəkmə aksiyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

Mətbuat və informasiya şöbəsi, 12 may 2018-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026