BDU-nun tələbə jurnalistləri Hərb Tarixi Muzeyində

11/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər.
Fotojurnalistika dərsi çərçivəsində gerçəkləşdirilən ekskursiyada Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, fənn müəllimləri Vüqar İbadov və Aygün Qurbanlının rəhbərliyi ilə fakültənin III kurs tələbələri iştirak ediblər.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə gənc jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib. Bildirib ki, iki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə əks etdirir. Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri nümayiş etdirilir.

Sonra tələbələr muzey bələdçisinin müşayiəti ilə açıq havada sərgilənən hərbi texnikalarla tanış olublar. Muzeydə əsrlər öncə istifadə edilən silahlardan tutmuş hazırda Azərbaycan Ordusunun arsenalında olan müasir silahların maketləri və həqiqi vahidləri, Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərimizə məxsus geyimlər sərgilənir.

Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketlərinə də baxıblar.
Ekskursiya çərçivəsində AzTV-nin Hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, müharibə reportyoru Ədil Arifoğlu ilə tələbələrin görüşü baş tutub. Görüşdə Ədil Arifoğlu hərbi reportyor kimi fəaliyyətindən, bu işin əsas xüsusiyyətlərindən bəhs edib.
Ekskursiyanın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb, tələbələrə Hərb Tarixi Muzeyindən maraqlı fotoreportajlar hazırlamaq tapşırılıb.

 

 

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024