BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər

26/11/2026

Bakı Dövlət Universitetinin (BDU) 33 tələbəsi və 7 mentoru “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında təmsil olunur. Nüfuzlu beynəlxalq reytinq agentliyi “Quacquarelli Symonds” (QS) və Böyük Britaniyanın Ekseter Universitetinin birgə təşəbbüsü olan proqram tələbələrin akademik bilik və bacarıqlarını real problemlərin həllinə tətbiq etmələrinə, beynəlxalq əməkdaşlıq təcrübəsi qazanmalarına və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə vermələrinə imkan yaradır.

BDU proqramın tərəfdaş universitetlərindən biri kimi qlobal dayanıqlı inkişaf təşəbbüslərində fəal iştirak edir. Proqramda müxtəlif ölkələrdən 18 universitet təmsil olunur. Ümumilikdə 52 komandanın formalaşdırıldığı proqramda BDU-nun 33 tələbəsi və 7 mentoru 27 fərqli komandada təmsil olunur. Universitet iştirakçılarının 27 layihə üzrə beynəlxalq əməkdaşlıqda yer alması BDU-nun qlobal təhsil platformalarına inteqrasiyasını və tələbələrin beynəlxalq əməkdaşlıq imkanlarından faydalanmasını nümayiş etdirir.

Mentorların dəstəyi ilə tələbələr layihələrinin yekun təqdimatlarını, komandalar isə təyin olunmuş şirkət və təşkilatların rəhbərləri, eləcə də layihə tərəfdaşları ilə görüşlər keçirirlər. Görüşlər zamanı tələbələr layihələri üzrə əldə etdikləri nəticələri, ideya və təkliflərini tərəfdaşlarla müzakirə edir, onların təcrübə və tövsiyələrindən yararlanırlar. Bu görüşlər layihələrin real ehtiyaclara uyğunlaşdırılması, təklif olunan həllərin təkmilləşdirilməsi və praktiki tətbiq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“FUTURE17 SDG Challenge” tələbələrə beynəlxalq akademik və peşəkar mühitdə əməkdaşlıq etmək, müxtəlif ölkələrdən olan tələbə və tərəfdaşlarla təcrübə mübadiləsi aparmaq, tədqiqat və analitik bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini real problemlərin həllinə tətbiq etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş innovativ həllər hazırlamaq imkanı yaradır.

Xəbərlər

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar
26/11/2026

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər
26/11/2026

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026