BDU-nun tələbə və müəllimləri üçün “Huawei İKT Müsabiqəsi”ndə iştirak imkanı

21/10/2026

Bakı Dövlət Universitetinin (BDU) tələbə və müəllimləri “Huawei” şirkətinin 2026-2027-ci illər üzrə təşkil etdiyi “Huawei İKT Müsabiqəsi”də  (Huawei ICT Competition)  iştirak edə bilərlər.

Müsabiqə praktiki, innovasiya və tədris istiqamətləri üzrə keçirilir. Müsabiqənin qlobal finalının 2027-ci ilin may ayında Çinin Şençjen şəhərində keçirilməsi nəzərdə tutulur.

İştirak etmək istəyən şəxslər “Huawei Talent Portal” platformasında hesab yaratmalı və hesabın e-poçt ünvanını qeydiyyat formasında qeyd etməlidirlər. Qeydiyyat Universitet tərəfindən həyata keçiriləcək. İştirakçıların fərdi qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, “Huawei İKT Müsabiqəsi” tələbə və müəllimlərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, praktiki təcrübələrini artırmaq və innovativ həllər yaratmaq imkanlarını genişləndirmək məqsədi daşıyan beynəlxalq platformadır. Müsabiqə iştirakçılara bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır.

Son tarix: 25 oktyabr 2026-cı il, saat 23:59.

Qeydiyyat formu: https://forms.gle/QzKC6ppoHXvRRXEu5

Hesabın yaradılması qaydası: https://tinyurl.com/bdu-huawei-qeydiyyat

Müsabiqə haqqında ətraflı məlumat: https://tinyurl.com/bdu-huawei-umumi

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026