BDU-nun tələbə və məzunlarının nəzərinə!

10/03/2026

Əziz tələbələr və məzunlar!

2026-cı il 12 mart tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti BDU-nun tələbə və məzunlarına Xidmətdə karyera imkanları barədə məlumat vermək üçün sizinlə görüşə gəlir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və karyera imkanları, eləcə də həyata keçirilən təcrübə proqramı haqqında ətraflı məlumat veriləcəkdir.

Xidmətin təcrübə proqramı sizə nələr qazandıracaq?

  • Xidmətdə real iş mühiti ilə tanış olmaq
  • Təcrübə proqramında iştirak etmək barədə sertifikat
  • Təcrübə proqramında xüsusi fəallığı ilə seçilənlərin işə qəbulu

Tədbirdə iştirak etmək üçün aşağıda qeyd olunmuş sorğuda iştirakınız vacibdir:

Sorğu linki: https://forms.gle/Fo9zz1eLHoD7p6QT6

Son müraciət tarixi: 11 mart, 16:00

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026