BDU-nun tələbə-idmançıları VI Beynəlxalq İdman Oyunlarında iştirak ediblər

05/10/2018

Bakı Dövlət Universitetinin futbol üzrə yığma komandası Qazaxıstanda Xəzəryanı Ölkələrin dövlət universitetləri arasında keçirilən VI Beynəlxalq İdman Oyunlarında  iştirak edib. Universiada Tələbə İdman Oyunlarının XX Baş Assambleyasının qərarına əsasən H.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin təşkilatçılığı ilə  baş tutub.  Açılış mərasimində çıxış edən Atırau Dövlət Universitetinin rektoru, professor Taltenov Abzal Axatoviç bildirib ki, Universiadası Xəzəryanı dövlətlərin dostluğunun məntiqi davamı olacaq.

Qeyd edək ki, on idman növü üzrə keçirilən beynəlxalq səviyyəli yarışda Azərbaycan, İran , Rusiya, Türkmənistan və Qazaxıstandan olan tələbələr yarışıb. Universiadaya  qatılan Bakı Dövlət Universitetinin futbol üzrə yığma komandası fəxri kürsünün III pilləsində qərarlaşıb.
Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2018-ci il.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026