BDU-nun tələbələrdən ibarət futbol komandasının üzvləri ilə görüş

18/07/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin tələbələrdən ibarət futbol komandasının üzvləri ilə görüşüb.
Görüşdə çıxış edən rektor bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində BDU-da həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, sağlam həyat tərzinin təbliği, tələbələrin idmanla mütəmadi məşğul olmalarına şəraitin yaradılması, respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarının təmin edilməsi prioritet istiqamətlərdəndir.
Rektor BDU-nun futbol komandasının üzvlərini qazandıqları ardıcıl qələbələr münasibətilə təbrik edib, komandanın uğurlarının qürurverici olduğunu bildirib.
Daha sonra komandanın baş məşqçisi Cavid Rəhimov və kapitan Ədalət Qafarov keçirilən yarışlar barədə məlumat verib, yaradılan şəraitə görə Universitet rəhbərliyinə təşəkkür ediblər.  
Sonda rektor tərəfindən futbolçulara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, BDU-nun futbol komandası bu ilin may ayında Yasamal Rayon Gənclər və İdman İdarəsi və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan  futbol yarışında I yeri, Tələbə Gənclər Təşkilatları İttifaqı və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 may - Ümumdünya Tütünlə Mübarizə Gününə həsr edilən yarışda I yeri, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə çempionatda II yeri qazanıblar.

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026