BDU-nun tələbələrdən ibarət futzal komandası I yeri qazanıb

28/02/2023

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışlarında Bakı Dövlət Universitetinin (BDU) komandası I yeri qazanaraq turnirin qalibi olub. 22 ali təhsil müəssisəsinin iştirak etdiyi futzal turnirində II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qazanıb. Qaliblər ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

BDU-nun futzal komandasını təbrik edir, uğurlar arzu edirik!

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026