BDU-nun tələbələri ADA Universiteti Kitabxanasının iş təcrübəsi ilə tanış olublar

27/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin ikinci kurs tələbələri iş təcrübəsi ilə tanış olmaq məqsədilə müasir texnologiyalar əsasında təşkil edilmiş, modern infrastruktura malik ADA Universiteti Kitabxanasında olublar. Kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov ADA Universiteti Kitabxanasının fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu və eləcə də prioritetləri barədə tələbələrə ətraflı məlumat verib. Tələbələr həmçinin kitabxananın elektron kataloqu ilə tanış olublar, eyni zamanda ADA Universiteti Kitabxanasının AKİS-ləri haqqında geniş və ətraflı informasiyalar onların diqqətinə çatdırılıb.

Görüş zamanı tələbələrin çoxsaylı sualları ADA Universiteti Kitabxanasının mütəxəssisləri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, təcrübə rəhbəri Rəşad Qardaşov faydalı görüşə yaratdıqları şəraitə görə ADA Universitetinin rəhbərliyinə və Universitetin kitabxanasının kollektivinə təşəkkürünü bildirib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026