BDU-nun tələbələri Beynəlxalq Qızıl Xaç Komitəsinin müsabiqəsində II yeri tutub

09/07/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələrindən ibarət komanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Azərbaycanın ali təhsil müəssisələri arasında keçirdiyi beynəlxalq humanitar hüquq üzrə müsabiqədə iştirak edib.

BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının doktorantı Rübabə Abdullayeva müsabiqənin birinci mərhələsində qonaq məruzəçi qismində çıxış edib.

Müsabiqədə komandalar silahlı münaqişənin və digər zorakılıq vəziyyətlərinin simulyasiya ssenarisini ehtiva etməklə müstəqil hakimlər qarşısında beynəlxalq humanitar hüququn nəzəri və praktiki elementlərini nümayiş etdiriblər.

Hüquq fakültəsinin III kurs ingilis bölməsinin tələbələri - Sona Abdullayeva, Kamran Əhmədli və Lalə Əhmədzadənin üzv olduğu BDU komandası müsabiqədə II yerə layiq görülüb.

Tələbələrimizi təbrik edir, uğurlaq arzulayırıq!

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026