BDU-nun tələbələri şəhid Ceyhun Şalıyevin məzarını ziyarət ediblər

01/10/2021

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin oğlunun ildönümündə ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.

Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, şəhid Ceyhun Şalıyevin tələbə yoldaşı, fakültənin akademik məsləhətçisi Nuray Əliyeva və Tələbə Gənclər Təşkilatının fəal üzvləri iştirak ediblər. Ziyarətdə çıxış edənlər Ceyhun Şalıyevin Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Sonra şəhidin ailə üzvləri və yaxınları ilə birgə məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ceyhun  Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Ceyhun könüllü olaraq ordu sıralarına yazılıb, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Oktyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026