BDU-nun tələbələri şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər

11/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri İlahiyyat fakültəsinin məzunu olmuş şəhid Vüqar Məmmədovun ildönümü münasibəti ilə şəhidin məzarını ziyarət ediblər. Ziyarətdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və fakültə Tələbə Həmkarlar Təşkilatının fəalları iştirak ediblər. Tələbələrə şəhidin tələbəlik illəri, döyüş yolu, şəhadət zirvəsinə yüksəlməsi barədə məlumat verilib, məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. Aprel döyüşlərində fəal iştirak edib, 2020-ci ilin 9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda aparılan əməliyyatlarda, şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026