BDU-nun tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

04/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsi Aprel döyüşlərinin ildönümü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət edib. Ziyarət zamanı tələbələr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin növbəti təxribatlarına cavab kimi başlayan və tarixi zəfərlə başa çatan Vətən müharibəsi dövründə hərbi qənimət kimi ələ keçirilmiş texnika, döyüş sursatı və digər eksponatlarla tanış olublar.

Ekskursiya tələbələrdə böyük təəssürat yaradıb, onlara qürurlu anlar yaşadıb. Tələbələr sərgilənən eksponatlar sayəsində bölgənin ən peşəkar ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyinə, Vətən müharibəsində igidliklər göstərən soydaşlarımızın şücaətlərinə heyrətlərini bir daha ifadə ediblər.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026