BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

20/04/2019

ADA Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP)  təşkilatçılığı,    Azərbaycan Respublikasının  Gənclər Fondu, “Microsoft” və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “I2B-İdeyadan biznesə” layihəsi üzrə müsabiqə keçirilib.

Həmin müsabiqəyə  Bakı Dövlət Universiteti  tərəfindən Elmi-Tədqiqat Hissəsinin  təşkilatçılığı ilə müəllim və tələbələrin 29 STARTAP  layihəsi təqdim edilib. Müsabiqə nəticəsində ikisi  BDU-dan olmaqla 9 qrup qalib gəlib.  Kimya fakültəsinin  magistrantı  Əliyev Əlibala “NanoDesal - Duzlu və çirkab sularının təmizlənməsi üçün yüksək effektivliyə malik nano-filtrlər” (Layihənin  rəhbəri prof. Ülviyyə Həsənova) və Biologiya fakültəsinin doktorantı Lalə Məmmədova “ANTİ-AGE şirəsi”   (Layihənin rəhbəri prof. Ralfrid Həsənov)  layihələrinə görə mükafata layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi, 20 aprel 2019-cu il.


Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026