BDU-nun tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

10/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə IDEA Heyvanlara Qayğı Mərkəzinə (IACC - İDEA Animal Care Center) ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələrə IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib. Qeyd olunub ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub.  2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb.

Daha sonra Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan barədə məlumat verilməklə hər bir obyektin təqdimatı olub.

Mərkəzdə yaradılan Akvaponika sistemi də tələbələrin diqqətini cəlb edib. Torpaqsız su səthi üzərində xüsusi qablarda əkilən tərəvəz bitkilərinin köklərinin suda olan zəruri qidalarla təmin edilməsi nəticəsində əldə olunan məhsullar xüsusi marağa səbəb olub.

Ekskursiyanın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026