BDU-nun tələbələri "Koreyaşünaslıq üzrə III viktorina" müsabiqəsində qalib gəliblər
11/05/2021
Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Araşdırmalar Mərkəzi və Koreyaşünaslıq Akademiyasının təşkilatçılığı ilə “Koreyaşünaslıq üzrə III viktorina“ müsabiqəsi keçirilib. Viktorinada Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və s. ali məktəblərin tələbələri iştirak edib.
Viktorina iki mərhələdə təşkil olunub. Birinci turu uğurla başa vuran 10 tələbə final mərhələsində mübarizə aparıb. BDU-nun Şərqşünaslıq fakültəsinin Koreya üzrə regionşünaslıq ixtisasının III kurs tələbələri – Nuranə Abbasova II yerə, Nigar Bəkirova III yerə layiq görülərək, sertifikat və pul mükafatı ilə təltif olunublar.
Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
