BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

09/10/2019

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin II kurs  tələbələri və magistrları «Astrofizika» kafedrasının müdiri vəzifəsini icra edən dosent Kəmalə Alışeva və kafedranın müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə “Ümumdünya Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.

Səfər zamanı tələbələrə maraqlı mühazirələr oxunub. Rəsədxananın "Qoşa ulduzlar və  eruptiv proseslər" şöbəsinin müdiri, dosent Bayram Rüstəmov   tələbələrə rəsədxananın strukturu və burada aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məlumat verib, "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri Ədalət Ətayi "Astronomiyanın tarixi" mövzusunda məruzə ilə çıxış edib.

Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov qurumun 2 metrlik teleskopu və istifadə olunan astronomik cihazlar barədə tələbələrə ətraflı məlumat verib.

Böyük marağa səbəb olan rəsədxana ekskursiyası zamanı mövzular üzrə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşən Dəmirçi kəndinə səyahət ediblər.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026