BDU-nun tələbələri logistika sahəsində təcrübə proqramına qoşulub

30/09/2021

166 Yükdaşıma və Logistika şirkəti üç ildir ki, ardıcıl olaraq “166 Logistika Akademiyası” təcrübə proqramını həyata keçirir. Bu dəfə seçim mərhələlərində iştirak edən 714 nəfərdən 52 gənc üç aylıq təcrübə proqramına qəbul edilib. Qəbul olunanlar arasında Bakı Dövlət Universitetinin 9 məzunu da var.

İştirakçılar bakalavr və magistr dərəcəsi üzrə təhsil alan gənclər arasından seçilib. “166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər.

Qeyd edək ki, təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb və bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər təcrübə proqramına qəbul olunub.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026