BDU-nun tələbələri Mərkəzi Bankın təlimlərində iştirak edib

13/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri Mərkəzi Bank tərəfindən keçirilən təlimlərdə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən “Rəqəmsal ödənişlərin üstünlükləri”, “Sığorta” və “İzafi borclanma” mövzularında virtual təlimlər keçirilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə savadlılıgı şöbəsinin mütəxəssisi Fərəh Əliyevanın moderatorluğu ilə keçirilən təlimlərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III və IV   kurslarında təhsil alan 200-dən artıq tələbəsi iştirak edib.

Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin Milli ödəniş sisteminin inkişafı  və nəzarəti şöbəsinin mütəxəssisi Rəşad Qasımov “Rəqəmsal ödənişlərin üstünlükləri”, Sıgorta fəaliyyətinə nəzarət departamentinin Siyasət  və metodologiya şöbəsinin aparıcı analitiki Afət Həsənova “Sığorta”, Azərbaycan Bank Tədris Mərkəzinin biznesin  inkişafı üzrə meneceri Rauf Agayev “İzafi borclanma” mövzusunda təqdimatla çıxış ediblər.

5 gün davam edən təlimlərdə Mərkəzi Bankın məsul işçiləri və Bank Təlim Mərkəzinin əməkdaşları tərəfindən tələbələrə Dövlət Proqramı çərçivəsində məlumatlar verilib, maliyyə savadlılığı üçün hazırlanmış elektron resurslarla - Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (https://infobank.az/), Virtual təhsil platforması (https://edu.e-cbar.az/) və Maliyyə savadlılığı portalı (https://www.bizimpullar.az/) ilə tanış edilib.


Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026