BDU-nun tələbələri Neft-Kimya Prosesləri İnstitutunda istehsalat təcrübəsi keçirlər

17/02/2020

Bakı Dövlət Universitetinin (BDU) kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) istehsalat təcrübəsinə başlayıblar.

Birinci qrupda 27 tələbə fevralın 17-dən martın 13-dək institutun müxtəlif laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər.

Təcrübəçi tələbələr və onların rəhbərləri - BDU-nun müəllimi, kimya üzrə elmlər doktoru, professor İbrahim Məmmədov və kimya üzrə fəlsəfə doktoru Yeganə Məmmədova institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Vaqif Abbasov tələbələrə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, tələbələrə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.

İnstitutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru, professor Hikmət İbrahimov tələbələri təcrübə keçəcəkləri laboratoriyalar ilə tanış edib, onlar haqqında ətraflı məlumat verib.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026