BDU-nun tələbələri Səbahəddin Əlinin “İçimizdəki şeytan” adlı romanının müzakirəsində iştirak ediblər

03/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin regionşünaslıq (Türkiyə üzrə) ixtisasının IV kurs tələbələri ADA Universitetində Türkiyə ədəbiyyatının görkəmli qələmlərindən olan Səbahəddin Əlinin yaradıcılığı və onun “İçimizdəki şeytan” adlı romanının müzakirəsinə həsr olunmuş tədbirdə iştirak edibər.

Tədbirdə iştirak edən Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən Tərlan Məlikov Şərqşünaslıq fakültəsinin tələbələrinin intellektli və bilikli yetişməsi istiqamətində elmi və ictimai-sosial layihələrdə aktiv iştirakın vacibliyindən, bu tip sosial yönümlü layihələrin onların mütaliəyə marağını artıracağından, sosial aktivliyini inkişaf etdirəcəyindən, nitq qabiliyyətlərinin möhkəmləndirəcəyindən bəhs edib. Tərlan Məlikov belə bir faydalı layihəni dəstəklədikləri üçün ADA-nın rəhbərliyinə, ADA Kitabxana və informasiya xidmətləri şöbəsinin direktoru Elçin Məmmədova, sosial layihənin rəhbərləri Tərlan Abbasova və Nigar Bayramovaya təşəkkürünü bildirib. Gələcəkdə bu istiqamətdə BDU və ADA-nın birlikdə əməkdaşlıq edəcəyinə dair fikirlərini diqqətə çatdırıb.

Tədbirdə Səbahəddin Əlinin tədqiqatçısı, Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dosenti Nurlanə Mustafayeva da iştirak edərək ədibin yaradıcılığına diqqət çəkib, “İçimizdəki şeytan” romanının geniş təhlil edib. 41 illik ömrünün Osmanlı İmperiyasının süqut etdiyi, Türkiyə Cümhuriyyətinin qurulduğu bir dövrə təsadüf edən Səbahəddin Əli yaradıcılığı fonunda siyasi-ictimai mühit təhlil olunub.

Tədbir “İçimizdəki şeytan” əsəri, Səbahəddin Əli yaradıcılığına dair müxtəlif fikirlər, təhlillər, müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026