BDU-nun tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda

18/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin I, II və III kurs tələbələri fakültənin dekanı Akif Ağbabalı və Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayevin rəhbərliyi ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar.

Müəllim-tələbə heyətinə institutdakı müasir laboratoriyaların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri göstərilib. Qonaqlar institutun istixanalarına baş çəkiblər. Məlumat verilib ki, istixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, yeni sortlar yaradılaraq dövlət sort sınağına təqdim olunur. Nümayəndə heyəti Toxum Satış Mərkəzində fermerlərə təklif olunan sağlam nümunələrlə də tanış olublar.

İnstitutun mütəxəssisləri müasir cihaz və avadanlıqlar, onların iş prinsipləri haqqında geniş məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026