BDU-nun tələbələri Ucar rayonunda şəhid Kənan Məmmədovun məzarını ziyarət ediblər

04/10/2021

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Filologiya fakültəsinin məzunu Kənan Niftalı oğlu Məmmədovun ildönümündə Ucar rayonunun Alpout kəndində yaşayan ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.

Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, fakültənin akademik məsləhətçisi Natəvan Əliyeva və tələbələr iştirak ediblər. Ziyarətdə çıxış edənlər Kənan Məmmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Kənan Məmmədovun həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Sonra şəhidin ailə üzvləri və yaxınları ilə birgə məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Kənan Məmmədov 2013-2017-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına vuruşaraq 2021-ci il oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026