BDU-nun tələbələri Vaşinqtonda beynəlxalq müsabiqədə iştirak ediblər

10/04/2019

Hər il Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində“Philip C. Jessup” beynəlxalq məhkəmə” müsabiqəsi keçirilir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan  ingilis bölməsinin III kurs tələbələri Elvin İsayev, Məhəmməd Səfərli, IV kurs tələbəsi Gülzadə Mirzəmmədova və SABAH qruplarının tələbələri - Yusibova Elnarə və Qaybaliyeva Sonaxanım adıçəkilən beynəlxalq müsabiqədə iştirak ediblər. Dünyanın ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqəsində iştirak edən tələbələr ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər.

Qeyd edək ki, “Philip C. Jessup” Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır. Amerikan hüquqşünas, diplomat Philip C. Jessupın adını daşıyan müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib və 1968-ci ildən ətrafına dünya ölkələrinin komandalarını toplaya bilib.

Müsabiqədə hazırda 100-ə qədər ölkədən 3000-ə yaxın tələbə iştirak edir.

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2019-cu il.

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026