BDU-nun tələbələri XX Bakı yapon dili natiqlik müsabiqəsinin qalibi olublar

17/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri BDU ilə Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən XX Bakı yapon dili natiqlik müsabiqəsinin qalibi olub. Hər il ənənəvi olaraq, BDU ilə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə keçirilən müsabiqə bu il də onlayn formada təşkil olunub. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr yapon dili üzrə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqənin şərtlərinə uyğun olaraq, iştirakçılar sərbəst mövzuda yaponca esse yazıb, yapon dilində esseni şifahi şəkildə səsləndirib və mövzuya aid 2 sualı yaponca cavablandırıblar. Münsiflər heyəti Bakı Yapon Cəmiyyətinin üzvləri və Yaponiyanın Azərbaycandakı səfiriliyinin üzvlərindən təşkil edilib. Müsabiqədə Şərqşünaslıq fakültəsinin regionşünaslıq (Yaponiya üzrə) ixtisasının III kurs tələbəsi Nuray Rəsulzadə I yerə, IV kurs tələbələri Fatimə Dadaşova II yerə, Nəzrin Cuvarlinskaya III yerə, II kurs tələbələri Mədinə Novruzova V yerə, Elşad Bayramov isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. IV yerə Azərbaycan Dillər Universitetinin tələbəsi Nərmin Bədirli layiq görülüb.

Yapon dili üzrə natiqlik müsabiqəsinin əsas məqsədi tələbələrə yapon dilində bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı  artırmaqdır.

Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi 2021-ci il 18 dekabr tarixində keçiriləcək XXXIV Moskva Beynəlxalq yapon dili natiqlik müsabiqəsində ölkəmizi təmsil edəcək.

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026