BDU-nun tələbəsi adını qazanan şəhid övladları

25/08/2026

2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) qəbul olaraq tələbə adını qazananlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin övladları da var.

Şəhid mayor Sənan Zamanovun övladı Fidan Zamanova BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasına qəbul olub.

Şəhid baş gizir İlkin Süleymanovun övladı Nuray Mahirzadə BDU-nun Filologiya fakültəsində “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə əyani təhsil alacaq.

Şəhid baş leytenant Mixail Həmidovun övladı Mədinə Həmidli BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub.

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun övladı Zəhra Xəlilzadə də Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasında əyani təhsil alacaq.

BDU kollektivi tələbə adını qazanan şəhid övladlarını təbrik edir, onlara təhsil həyatlarında uğurlar arzulayır!


Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026