BDU-nun tələbəsi AŞPA-nın qış sessiyasında iştirak edib

05/02/2019

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Rəsul Mehdiyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak edib. Rəsul Mehdiyev, eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün hakim Lətif Hüseynovun nəzarətində əlavə təcrübə də keçib.

Qeyd edək ki, Rəsul Mehdiyev AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Siyasi Psixologiya Məktəbi çərçivəsində seçilmiş dörd tələbədən biri olaraq  qurumun qış sessiyasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmək hüququ qazanıb. Səfər zamanı həm  AŞPA,  həm də Avropa İnsan Hüquqları Məhkəməsinin işi ilə yaxından tanış olan Rəsul Mehdiyev bu sahədə bilik və bacarıqlarını artırıb.

Mətbuat və informasiya şöbəsi, 05 fevral 2019-cu il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU-da yaz imtahan sessiyası başlayıb

BDU-da yaz imtahan sessiyası başlayıb
01/06/2026

BDU əməkdaşları Çində beynəlxalq təlim-seminarda iştirak ediblər

BDU əməkdaşları Çində beynəlxalq təlim-seminarda iştirak ediblər
01/06/2026