BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib

01/11/2018

Fransanın Nant şəhərində Avropa İttifaqının himayəsi ilə dünyanın 15-dən artıq ölkəsini təmsil edən avropalı gənclərin “Təşəbbüs Forumu” keçirilib. Forumun məqsədi gənclər arasında tərəfdaşlığın inkişaf  etdirilməsinə kömək etmək olub.

Tədbirin açılış mərasimində Nant Departamentinin rəhbəri avropalı gənclərin əməkdaşlığının genişləndirilməsinin vacibliyindən bəhs edib. Forum çərçivəsində gənclər siyasəti, gənc sülhməramlılar və s. məsələlər müzakirə olunub.

Qeyd edək ki, ölkəmizi forumda Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək İctimai Birliyi təmsil edib. İctimai Birliyin sədri, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Fərid Muradov tədbirdə ölkəmizdə gənclər siyasətininin uğurla həyata keçrilməsindən ətraflı bəhs edib.

Mətbuat və informasiya şöbəsi, 1 noyabr 2018-ci il.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026