BDU-nun tələbəsi “Beynəlxalq şəhər və Vətəndaş Cəmiyyəti Quruluşları Sammiti”ndə iştirak edib

26/10/2017

Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezidentinin himayəsi ilə dünyanın 60 ölkəsindən gələn QHT rəhbərlərinin “Beynəlxalq şəhər və Vətəndaş Cəmiyyəti Quruluşları Sammiti” keçirilib. Sammitin məqsədi qeyri-hökumət təşkilatlarını bir araya yığmaq və tərəfdaşlığın inkişaf  etdirilməsinə kömək etmək olub.

Tədbirin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək sammitin əhəmiyyəti vurğulayıb. Həmçinin QHT-lərin əməkdaşlığının genişləndirilməsinin vacibliyindən bəhs edib. Sammitdə Esenler bələdiyyəsinin başçısı Tevfik Göksu çıxış edərək QHT-lərin işbirliyinə toxunub. Sammit çərçivəsində geniş maraq doğuran şəhər mədəniyyəti, QHT-lərin vəziyyəti, onların idarəedilməsi və sair kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki,  ölkəmizi sammitdə “Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək” İctimai Birliyi təmsil edib. İctimai Birliyin sədri, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Fərid Muradov tədbirdə çıxış edərək ölkəmizdə QHT-lərin oynadığı roldan, onlara dövlətin qayğısından, milli mədəniyyətin qloballaşma şəraitində qorunmasından və s. bəhs edib.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2017-ci il.

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
30/04/2026

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir
30/04/2026