BDU-nun tələbəsi Bolqarıstanda 30-cu Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb

07/08/2023

İyulun 31-dən avqustun 6-dək Bolqarıstanda ali məktəb tələbələri arasında Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professor Rəşid Əliyevin rəhbərliyi ilə III kurs tələbələri Vüqar Quliyev, Amil Cəbiyev və II kurs tələbəsi Coşqun Məmmədov iştirak ediblər.

Beynəlxalq Riyaziyyat Olimpiadasında göstərdiyi nəticələrə görə Vüqar Quliyev I yeri qazanaraq qızıl medala sahib olub. Amil Cəbiyev həvəsləndirici diploma, Coşqun Məmmədov iştirak sertifikatına layiq görülüb.

BDU-nun rektoru Elçin Babayev Olimpiadada yüksək nəticələr göstərən tələbələri qəbul edib, onlara uğurlar arzulayıb. Rektor BDU-da olimpiada hərəkatının gündən-günə genişləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, bununla bağlı xüsusi mərkəzin yaradılması, fizika, kimya, riyaziyyat və informatika fənləri üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılması, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, BDU Elmi Şurasının qərarı ilə respublika və beynəlxalq fənn olimpiada qaliblərinin müsabiqədənkənar BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul olunması da qərara alınıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026