BDU-nun tələbəsi DAAD təqaüdünün hüquqşünaslıq ixtisası üzrə yeganə qalibi olub

25/06/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Rəhim Abasov DAAD beynəlxalq təqaüdünün hüquqşünaslıq ixtisası üzrə ölkədə yeganə qalibi olub.

Rəhim Abasov təhsil aldığı müddətdə bir çox rəqabətli beynəlxalq və yerli təqaüd proqramlarının qalibi seçilib. 2022-ci ildə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “SUSI” təqaüd proqramının 1000-ə yaxın müraciətçi arasından qalibi olaraq Pensilvaniya ştatında, Shippensburg Universitetində mübadilə təhsili alıb. “Erasmus+TC”, “European Young Leaders Forum”da tam təqaüdlə iştirak edib.

Rəhim Abasov müxtəlif vaxtlarda beynəlxalq gənclər təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA Azərbaycan) vitse-prezidenti və prezidenti kimi fəaliyyət göstərib. ELSA-nın Maltada keçirilən 83-cü Beynəlxalq şura toplantısında və Vyanada keçirilən “Rule of Law” konfransında iştirak edib, Avropa Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın “Gənc Avropa Səfiri” kimi fəaliyyət göstərib.

Rəhim Abasov “Paşa Holdinq” tərəfindən təşkil olunan “Əlaçı” təqaüdünün 3000 müraciətçi arasından qalibi olub. Təhsil aldığı müddət ərzində “SABAH” qrupları təqaüdü və dövlət təqaüdü alıb.

Hazırda Rəhim Abasov 600-ə yaxın müraciətçi arasından Almaniyanın DAAD təqaüdünün ölkədə hüquqşünaslıq ixtisası üzrə yeganə qalibidir və təhsilini Almaniyada tam təqaüdlə davam etdirəcək.

Məzunumuza gələcək fəaliyyətində uğurlar arzu edirik!

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026