BDU-nun tələbəsi olimpiadada birinci yerin qalibi olub

15/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbəsi Tağıyeva Nərgis “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiadada iştirak edib.​
Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı Azərbaycan Respublikasında Ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Beynəlxalq demokratiya gününə həsr edilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiadasının qalibləri mükafatlandırılıb.
Olimpiadada həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak ediblər. ​
Aktiv seçki hüququna malik gənc seçicilərin hüquq mədəniyyətini artırmaq, onları demokratik seçki prosesinin əsasları ilə tanış etmək, onlarda seçki hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik, bacarıq və vərdişləri formalaşdırmaq məqsədilə keçirilən olimpiadada BDU-nun tələbəsi N.Tağıyeva uğurlu nəticə göstərərk birinci yerin qalibi olub.
Qalibə diplom və xatirə hədiyyələri təqdim edilib.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026