BDU-nun tələbəsi Rusiyada forumda iştirak edib

10/10/2018

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Sabir Rüstəmov Rusiyada keçirilən "Avrasiya" beynəlxalq gənclər forumunda iştirak edib. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova ilə keçirilən brifinqə də qatılan Sabir Rüstəmov Ermənistan nümayəndələrindən birinin M.Zaxarovaya Rusiyanın nə vaxt “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyacağı ilə bağlı verdiyi təxribat xarakterli sualı cavablandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri nəzərə çatdırıb. Buna baxmayaraq, erməni nümayəndələri qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıblar. S.Rüstəmov dərhal təşkilatçılara müraciət edib, nəticədə onlardan bayraq alınaraq xəbərdarlıq edilib.

Qeyd edək ki, S.Rüstəmov forum çərçivəsində Orenburq şəhərinin qubernatoru ilə görüşüb, Rusiyanın kütləvi informasiya vasitələrinə müsahibələr verib.

Mətbuat və İnformasiya şöbəsi, 10 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026