BDU-nun tələbəsi Türk mediasında birincilik qazanıb

16/03/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs rus bölməsinin tələbəsi Məmmədov Ulucay Akif oğlu (Ulucay Akif) “Vatan” və “Zaman” qəzetlərinin birgə layihəsi olan Nazim Hikmət Ranın xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin qalibi olub. "Genc şairlerden serbest ve kısa şiirler" layihəsində iştirak edən Ulucay Akif "Bir fincanlıq sevgi" şeiri ilə müsabiqəyə qatılıb. Müsabiqənin qalibi münsiflər heyəti tərəfindən seçilərək birinci yerə layiq görülüb. Qeyd edək ki, Ulucay Akif 5 ildir ki, yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər Klubunun, Türkdilli Gənclər Birliyinin yaradıcılıq departamentinin, Axın poeziya klubunun üzvüdür. Bir sıra yerli mətbuat orqanlarında tərcüməçi və jurnalist fəaliyyəti ilə məşğul olur. Jurnalsitika futbol komandasının üzvüdür. Şahmat oynamaq, musiqi ilə məşğul olmaq hobbiləri sırasındadı. 2014-cü ildə BDU-da “İlin ən yaxşı tələbəsi” seçilib.

Müəllifinə birincilik qazandıran şeir:

Belki buluşalım, ne dersin?

Seninle bir fincan çay içmek için

Ömrümü feda ederdim inan.

Çay bitdikden sonra gitsen de olur,

Bir fincanlık buluşalım.

Üşüyen ellerimi sıcak fincan,

Kalbimise gülüşün ısıtsın.

Çok şey istemiyorum aslında.

Bir fincanlık sohbet,

Bir kaşıklık mutluluk yeter.

Mətbuat və İnformasiya şöbəsi, 16 mart 2015-cü il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026