BDU-nun tələbəsi Yana Məlikova “Moskva merinin təqaüdü”nə layiq görülüb
31/10/2017
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Yana Məlikova “Moskva merinin təqaüdü”nə layiq görülüb. Azərbaycandan bu təqaüdə layiq görülən 15 tələbədən biri olan Yana Məlikova əla oxuduğuna, ictimai fəallığına və rus dilində təhsil aldığı görə ildə 27 min rubl alacaq.
Qeyd edək ki, təqaüdün verilməsində əsasən aztəminatlı ailələrdən olan tələbələrə üstünlük verilir. Təqaüd üçün ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilərlər.
Latviya, Litva, Estoniya və Moldovada həyata keçirilən “Moskva merinin təqaüdü” proqramı Azərbaycanda 10 ildir ki, tətbiq olunur.
Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2017-ci il.
![]() |
Xəbərlər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

