BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb

20/05/2024

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində məskunlaşmış nərəkimilərin genetik xüsusiyyətlərinin öyrənilməsi və elmi tədqiqatlarla sübuta yetirilməsi istiqamətində Bakı Dövlət Universiteti (BDU),“LU-MUN HOLDİNG”, İzmir Yüksək Texnologiya İnstitutu, “Bayramlı Group”, Türkiyənin “Letgen Biotechnology” şirkətlərinin əməkdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb.

Mikrosatelit analizi “Sturgeon Acipenser” balıq növü üzərində həyata keçirilib. Bu balıq növünün öyrənilməsi üçün 125 fərddə 6 mikrosatelit lokusu üzrə 90 allel yoxlanılıb. Aparılan genetik analizlər Xəzər nərəsinin pasportlaşdırılmasına və onun Azərbaycana məxsusluğunu elmi tədqiqatlarla təsdiqlənməsinə zəmin yaradır. Hazırda istifadə olunan metodologiya ilə saf növlər və hibridlər dəqiq aşkarlana, nərəkimilərə məxsus olan kürünün etibarlı olduğu sübut edilə bilir.

Layihə çərçivəsində BDU və “Bayramlı Group” şirkətinin əməkdaşlığı ilə Azərbaycana məxsus endemik nərə balıqlarının genetik analizlərinin tamamlanması üçün nümunələrin toplanması, coğrafi pasportlaşdırılması istiqamətində aparılan işlər davam etməkdədir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026