BDU-nun Türkologiya kafedrasının müdiri “Vilhelm Tomsen” medalı ilə təltif olunub

22/11/2018

2018-ci ilin 18-20 noyabr tarixlərində Qazaxıstanın Türküstan şəhərində yerləşən Türk Akademiyasının təşkilatçılığı ilə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində “Türk dünyasında sakral məkanlar və böyük şəxsiyyətlər” mövzusunda elmi simpozium keçirilib. Beynəlxalq simpoziuma dünyanın müxtəlif ölkələrindən görkəmli dilçi alimlər və türkoloqlar qatılıb. Bu mötəbər tədbirdə ölkəmizi təmsil edən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər türkologiya sahəsində xidmətlərinə görə Türk Akademiyasının təsis etdiyi “Vilhelm Tomsen” adına medalla təltif olunub. Həmçinin professor R.Əskər simpoziumda məruzə ilə çıxış edib, universitetin Türkoloji Araşdırmalar İnstitutunda Azərbaycanda türkologiyanın inkişaf tarixi və müasir vəziyyəti haqqında mühazirə oxuyub.

Mətbuat və informasiya şöbəsi, 23 noyabr 2018-ci il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026