BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib

18/04/2019

Ötən il iyulun 11-13-də Bakıda keçirilmiş VI Beynəlxalq "Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma" (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan "Clarivate Analytics"in saytında (keçmiş "Tomson Reyter" agentliyi) yerləşdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fəxri sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olan konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdu.

Konfransın əsərlərindən ibarət kitabdakı 220 məqalədən 73-ü Bakı Dövlət Universitetinin, o cümlədən 20-si BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.

Əsərlərin redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki, seçilmiş genişhəcmli məqalələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çap olunan Azərbaycanın yeganə İSİ İmpakt Faktorlu (2.365) "Applied and Computational Mathematics" beynəlxalq jurnalında çap ediləcək.

"İmpakt Faktor" elmi jurnallarda dərc olunan akademik məqalələrin əhəmiyyətinə və beynəlxalq elmi ictimaiyyət tərəfindən həmin nəşrə olan istinad sayına görə təqdim edilir.

Xatırladaq ki, artıq ənənə halını almış bu konfrans Bakıda dördüncü dəfə təşkil olunmuşdu. Beynəlxalq tədbirdə Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Meksika, Ukrayna, İran, Hindistan, Şimali Kipr Türk Respublikası, Pakistan, Gürcüstan, Bolqarıstan, Küveyt və digər ölkələrdən gəlmiş 250-dək alim və tədqiqatçı iştirak etmişdi.

AZƏRTAC

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026