BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində qazilərlə görüş olub

05/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində I və II Qarabağ müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib.

Fakültənin dekan müavini, dosent Şamo Cəbrayılov tələbələrə Vətən müharibəsində qazandığımız tarixi qələbənin əhəmiyyəti barədə danışıb, fakültənin şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılovun döyüş yolu barədə məlumat verib. Tələbələri Qarabağı azad edən qəhrəmanlardan nümunə götürməyə, onların amallarını davam etdirməyə çağırıb.

Fakültənin I Qarabağ müharibəsinin iştirakçısı olan müəllimi, mayor Hacı Məsmalıyev döyüşdə baş verən çətin və təhlükəli anlar barədə xatirələrini bölüşüb.

Vətən müharibəsi iştirakçıları, fakültənin tələbələri Vüsal Qarayev, Cavid Əliyev və Tural Şirəliyev erməniləri necə məhv etmələrindən və uzun illər həsrətində olduğumuz torpaqlara qədəm qoyarkən keçirdikləri duyğulardan danışıblar.

Sonda fakültənin II kurs tələbələri “Xudayar təsnifi” ifa ediblər.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026