BDU-nun Tətbiqi-riyaziyyat ve kibernetika fakültəsində DİN-in mütəxəssisləri ilə görüş

04/04/2022

Daxili İşlər Nazirliyinin informasiya texnologiyaları (İT) üzrə mütəxəssisləri Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat ve kibernetika fakültəsinin tələbələri ilə görüş keçiriblər.

Görüşün keçirilməsində məqsəd DİN-də çalışmaq üçün universitetdən müvafiq ixtisaslar üzrə tələbə seçimi etmək olub.

Fakültənin dekanı, akademik Məhəmməd Mehdiyev görüşün məqsədi barədə məlumat verib. Nazirliyin mütəxəssisləri polis sıralarında xidmət etməyin şərəfli peşə olduğunu qeyd ediblər. Bildirilib ki, uyğun parametrlərə əsasən seçilmiş tələbələr ilkin olaraq qısamüddətli təcrübə keçdikdən sonra nazirlikdə müvafiq istiqamət üzrə daimi işlə təmin olunacaqlar.

Nazirliyin mütəxəssisləri çıxışlarında DİN-də informasiya sistemləri, kibercinayətkarlıq, kibertəhlükə və onun qarşısının alınması, Big Data-dan istifadə qaydaları və digər müasir texnoloji vasitələr haqqında tələbələrə geniş məlumat veriblər.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026