BDU-nun və “Unibank”ın insan resursları şöbələri arasında görüş keçirilib

17/03/2021

Bakı Dövlət Universiteti tələbələrin əmək bazarına hazırlığı, karyera imkanlarının genişləndirilməsi, tələbələr üçün iş imkanlarının daha əlçatan olması məqsədilə dövlət təşkilatları, ölkənin nüfuzlu şirkətləri ilə mütəmadi görüşlər keçirir. Bu istiqamətdə növbəti görüş BDU-nun İnsan resursları və hüquq şöbəsi ilə “Unibank”ın Təşkilati inkişaf və İnsan resursları şöbələri arasında keçirilmişdir. Görüşdə BDU-nun İnsan resursları və hüquq şöbəsinin müdiri Məhluqə Əfəndiyeva, şöbənin əməkdaşları, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri R.Səmədov, “Unibank”ın Təşkilatı inkişaf şöbəsinin müdiri Viktoriya Hüseynova, bankın insan resusrları üzrə  mütəxəssisləri iştirak etmişdir.

Tədbirdə “Unibank”da tələbə və məzunlar üçün iş imkanları haqqında geniş müzakirə aparılmışdır.

 

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026