BDU-nun vyetnamlı tələbələri ilə görüş

13/07/2017

Bu gün Bakı Dövlət Universitetində müxtəlif illərdə bu ali təhsil ocağının bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib. BDU-nun hüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrinin məzunları ilə görüşü rektor, akademik Abel Məhərrəmov açıb. Bu günün BDU-nun həyatında əlamətdar tarixlərdən biri olduğunu bildirən rektor vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də yenidən universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökümət strukturlarında, ali təhsil sistemində çalışan çoxsaylı mütəxəssislər var.

Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bugünkü görüşün xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsi olduğunu bildirib.

Vyetnamın Hanoi Universitetinin professoru, BDU-nun Biologiya fakültəsinin 1978-ci il məzunu Nquyen Van Ma yenidən universitetdə olmaqdan və onlara dərs demiş müəllimlərini görməkdən məmnun olduqlarını bildirib.

Mətbuat və informasiya şöbəsi, 13 iyul 2017-ci il

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026