BDU-nun xarici tələbələri muzeyləri ziyarət ediblər

19/05/2026

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə elan edilən “Açıq qapı” günü çərçivəsində Bakı Dövlət Uuniversitetdə  (BDU) təhsil alan bir qrup xarici tələbə üçün maarifləndirici və mədəni ekskursiya təşkil olunub.

Tədbirin məqsədi tələbələri Azərbaycanın zəngin mədəni irsi, milli dəyərləri və incəsənəti ilə daha yaxından tanış etməkdən ibarət olub.

Ekskursiya zamanı iştirakçılar Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər. Muzeylərin əməkdaşları tələbələrə eksponatlar, Azərbaycan xalçaçılıq sənətinin tarixi, milli ornamentlər, eləcə də ölkənin təsviri və dekorativ-tətbiqi incəsənət nümunələri barədə geniş məlumat veriblər.

Azərbaycan Milli İncəsənət Muzeyində tələbələr Azərbaycan və dünya rəssamlarının əsərləri, qədim heykəltəraşlıq nümunələri, klassik və müasir incəsənət kolleksiyaları ilə tanış olublar. Muzeydə nümayiş etdirilən rəsm və sənət nümunələri xarici tələbələrin böyük marağına səbəb olub. Onlara Azərbaycanın zəngin mədəniyyətinin formalaşmasında incəsənətin tarixi və müasir rolu haqqında da məlumat verilib.

Tələbələr Azərbaycan mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatları maraqla izləyib, milli irsin qorunması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər. Ekskursiya çərçivəsində onlar qədim xalçalar, milli ornamentlər, rəsm əsərləri və dekorativ sənət nümunələrini yaxından görmək imkanı əldə ediblər.

Qeyd edək ki, bu kimi mədəni tədbirlər xarici tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri haqqında biliklərinin artırılmasında, ölkənin sosial və mədəni mühitinə adaptasiyasında mühüm rol oynayır.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026