BDU-nun xarici tələbələri Xocalı soyqırımı barədə məlumatlandırılıb

22/02/2022

Bakı Dövlət Universitetində (BDU) təhsil alan xarici tələbələrin iştirakı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı - əsrin faciəsi” adlı tədbir keçirilib.

Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov “Xocalı soyqırımı – tarixi həqiqətlər” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib, dinc, əliyalın əhaliyə qarşı qırğın törədib. O, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin misli görünməmiş vəhşilik və qəddarlıqla müşayiət olunduğunu bildirib.

Tədbirdə xarici tələbələrə ingilis və rus dillərində Xocalı soyqırımı ilə bağlı məlumat verilib. Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova Xocalı soyqırımı zamanı qətlə yetirilmiş və itkin düşmüş uşaqlar haqqında “Onlar heç vaxt böyüməyəcəklər” adlı təqdimatla çıxış edib.

Tədbir faciəyə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026