BDU-nun xarici universitetlərə qəbul olunan məzunları

10/08/2021

Bakı Dövlət Universitetində (BDU) bakalavr təhsillərini müvəffəqiyyətlə başa vuran tələbələrin bir çoxu təhsillərini xarici ölkələrin universitetlərində davam etdirəcəklər. Onlardan bir neçəsini sizə təqdim edirik.

Günel Həsənova BDU-nun Kimya fakültəsindən bu il məzun olaraq 14 xarici universitetə qəbul olunub. Bu universitetlərin sırasında İtaliyanın məşhur Bolonya, Sapienza, Milan, Genova, Ca foscari Venesia, Katania, Turin universitetləri kimi dünyada nüfuzlu ali təhsil müəssisələri var.

Günel Həsənova BDU-da təhsil aldığı müddətdə aktiv tələbələrdən biri olub. O, “İqlim dəyişikliyinin səbəbləri”, “Gənclərin regional inkişafda rolu”, “Təbiət dostları”, “Alternativ enerji mənbələri” və s. layihələrə rəhbərlik edib. Həmçinin, bir sıra beynəlxalq seminar və təlimlərdə iştirak edib.

Ümid Mahmudov Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq əlaqələr ixtisasından bu il məzun olaraq Polşanın Marie-Curie Sklodowska Universitetinin eyni adlı ixtisası üçün ayrılmış iki “Tam təqaüd” proqramından birinin qalibi olub.

Ümid tələbəlik illərində Avropa Gənclər Parlamentinin Milli Universitet seçiminin qalibi olub və Avstriyanın Birinci Beynəlxalq EYP Forumunda ölkəmizi və BDU-nu təmsil etmək imkanı qazanıb. Bundan əlavə, BDU-nun Debat Klubuna üzv olaraq sözügedən klubun iki daxili turnirində komanda ilə birlikdə ard-arda 2 çempionluq qazanıb.

Salman Mirzəyev Geologiya fakültəsinin Geofizika mühəndisliyi ixtisasından bu il məzun olaraq İtaliyanın Politecnico di Torino Universitetinin neft və mədən mühəndisliyi ixtisası, Polşanın  Varşava Texniki Universiteti geodeziya və kartoqrafiya ixtisası, Litvanın Kaunas Texnologiya Universsiteti materialların fizikası ixtisası, Macarıstanın Miskolc Earth Universitetinin yer elmləri mühəndisliyi  ixtisasına qəbul olunub.

Amin Pənalıyev Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasından bu il məzun olaraq Vilnius Universiteti və Tartu Universitetinə qəbul olunub.

Murad Orucov Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasından bu il məzun olaraq Yuta Universiteti və Şimal-şərq Universitetinə qəbul olunub.

Kənan Abdullayev Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasından bu il məzun olaraq Frankfurt Höte Universitetinin hüquq nəzəriyyəsi ixtisasına güzəştli təhsil haqqı ilə qəbul olunub. Həmçinin bu proqram üzrə təhsil alan ilk azərbaycanlı tələbə olacaq.

Murad Abasov Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasından bu il məzun olaraq Erasmus Rotterdam - Netherlands Universitetinə qəbul olunub.

Günel Nəbisoy Tarix fakültəsindən bu il məzun olaraq Portuqaliyanın Evora Universitetinə qəbul olunub.

Rəşad Umbayev Tarix fakültəsindən bu il məzun olaraq Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinə qəbul olunub.

Xanbala Rəşidov Tətbiqi riyaziyyat və kibernetika fakültəsindən bu il məzun olaraq Türkiyənin Üsküdar, Bahçeşehir, İstanbul Kent, Ostim Texnik, İstanbul Gedik universitetlərinə qəbul olunub.

Sahib Rəhimov Tətbiq fakültəsindən bu il məzun olaraq Ostim Texniki Universitetinə qəbul olunub.

İbrahim Səfərzadə Tətbiqi riyaziyyat və kibernetika fakültəsindən bu il məzun olaraq WSB Universiteti və İqtisadiyyat və Humanitar Elmlər Universitetinə qəbul olunub.

Dəyanət Salmanov Tətbiqi riyaziyyat və kibernetika fakültəsindən bu il məzun olaraq  WSB, WSB Milli Luis, İqtisadiyyat və Humanitar Elmlər universitetlərinə qəbul olunub.

Nəzrin Süleymanova Ekologiya və torpaqşünaslıq fakültəsindən bu il məzun olaraq Təhsil Nazirliyinin (HTP) Hökümətlərarası Təqaüd Proqramı olan - Stipendium Hungaricum proqramı ilə Macarıstanın Eötvöş Loránd Universiteti (ELTE) , environmental Sciences ixtisası üzrə 100% təqaüdlə təhsili hüququ qazanıb.

Ruslan Əliyev Ekologiya və torpaqşünaslıq fakültəsindən bu il məzun olaraq Türkiyənin İstanbul Texniki Universitetinə qəbul olunub.

 

Bakı Dövlət Universitetinin tələbələrinin bu il qəbul olunduqları xarici universitetlərin siyahısını təqdim edirik:

İtalyada;

  • Bolonya Universiteti
  • Sapienza Universiteti
  • Milan Universiteti
  • Genova Univeriteti
  • Ca foscari Venesia Universiteti
  • Katania Universiteti

Polşada;

  • Varşava Texniki Universiteti
  • WSB Universiteti
  • WSB Milli Luis Universiteti
  • İqtisadiyyat və Humanitar Elmlər Universiteti
  • Marie-Curie Sklodowska Universiteti

Litvada;

  • Kaunas Texnologiya Universsiteti
  • Vilnius Universiteti

Macarıstanda;

  • Miskolc Earth Universiteti

Amerikada;

  • Yuta Universiteti
  • Şimal-şərq Universiteti

Estoniyada;

  • Tartu Universitetinə

Almaniyada;

  • Frankfurt Höte Universiteti
  • Münhen Lüdviq-Maksimilian Universiteti

Niderlandda;

  • Rotterdam-Netherlands Universiteti

Portuqaliyada;

  • Evora Universiteti

Türkiyədə;

  • Üsküdar Universiteti
  • Bahçeşehir Universiteti
  • İstanbul Kent Universiteti
  • Ostim Teknik  Universiteti
  • Türkiyənin İstanbul Texniki Universiteti

Biz də tələbələrimizi təbrik edir və təhsillərində daha böyük uğurlara imza atmalarını arzu edirik.





 

 

 

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024