BDU-nun yekun Elmi Şurası Qubadakı Tədris-təcrübə və istirahət mərkəzində keçirilib

07/07/2014

Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə toplantı iştirakçıları mərkəzdəki ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açıb. Rektor bildirib ki, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən prezident İlham Əliyev bu sahəyə çox yüksək diqqət və qayğı göstərir. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyi, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığı qeyd olunub.
Tədbirdə Quba Tədris təcrübə və istirahət mərkəzi haqqında ətraflı məlumat verilib. Mərkəz 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılıb. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetdə təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradıılıb.

Toplantıda Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edərək ölkəmizin təhsil, eləcə də digər sahələrdə əldə etdiyi uğurlardan söz açıblar.
İclasda universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva 2013-2014-cü tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı məruzəsi ilə çıxış edib.
Elmi Şuranın iclasında elmi adların verilməsi, yay semestrinin təşkili, yay imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə seçilənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.

Mətbuat və İnformasiya şöbəsi, 07 iyul 2014-cu il.

Xəbərlər

Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 113-cü ildönümüdür

Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 113-cü ildönümüdür
22/12/2024

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024